Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub. Bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib.
“COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, 40 nəfər isə sağalıb və evə buraxılıb", - deyə o bildirib.
Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib.
“1332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə Y.Qarayeva qeyd edib.
Onun sözlərinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235,910 min test aparılıb.
Şöbə müdiri, həmçinin deyib ki, ölkədə koronavirusa rekord sayda yoluxma faktı may ayında qeydə alınıb: mayın 4-dən 10-na qədər olan dövrdə 587, mayın 11-dən 17-dək olan dövrdə 755 yoluxma.*
N.Abbasova