“LUKOIL-Azerbaijan” QSC xidmət personalının təqdim edilməsi üzrə autsorsinq xidmətinin göstərilməsi üzrə şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Şirkətlərdən tender təklifləri 19 iyun saat 18:00-dək qəbul olunur.
Tenderin birinci mərhələsi iyunun 22-də saat 11:00-da baş tutacaq.
Tenderin qalibi 2020-ci ilin avqust ayında işə başlamalı və prosesi 2023-cü ilin avqust ayında bitirməlidir.
Əlaqə telefonları: (012) 497-41-90, (012) 497- 41- 99.
«LUKOIL–Azerbaijan» QSC ölkədə 1993-cü ildən fəaliyyət göstərir. Şirkət, həmçinin Azərbaycanda ildə 320 min ton neft məhsulunun aşırılmasını təmin edən neft bazasını idarə edir. «LUKOIL–Azerbaijan» 60 YDM-ə malikdir.**
N.Abbasova