İndiyədək Azərbaycan Rusiyadan 6,5 min vətəndaşı təxliyə edib. Bunu prezident İlham Əliyev deyib.
“Ümumilikdə, artıq 20 mindən artıq vətəndaş qayıdıb. Daha çox vətəndaş Rusiyadan gətirilib. İndiyədək Rusiyadan artıq 6,5 min vətəndaşımız qayıdıb və bu proses mütəşəkkil qaydada davam edir”, - Əliyev AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xaricdən qayıdan şəxslər üçün Azərbaycanda bütün zəruri karantin şəraiti yaradılıb.
“Qayıdan şəxslər 14 gün müddətinə karantinə yerləşdirilir. Onlar hər cür şəraitin olduğu 4-5 ulduzlu otellərdə yerləşdirilir. Bizdə koronavirus xəstələrinin yerləşdirildiyi 20-dən artıq xəstəxanamız var, 10 modul tipli xəstəxananın inşasına başlanılıb, onlardan birinin artıq açılışı olub. Karantinin yumşaldılması prosesi gedir, bu halda vətəndaşların məsuliyyəti vacibdir. Pandemiya hələ ki, bitməyib, bu səbəbdən hər kəs məsuiyyətini dərk eməli və qaydalara riayət etməlidir”, - Əliyev bildirib. **
Ə.Məmmədov