Azərbaycan COVİD-19 koronavirus pandemiyası dövründə problemlərlə üzləşən 13 ölkəyə müxtəlif yardımlar göstərib. Bunu prezident İlham Əliyev deyib.
“Bu çətin günlərdə hami biri-birinə yardım etməlidir. Biz pandemiya səbəbindən probemlərlə üzləşən 13 ölkəyə müxtəlif yardımlar göstərdik. Onlar yardım üçün bizə müraciət ediblər. Biz dezinfeksiya vasitələri, mühafizə əşyaları və çox sayda digər ləvazimat göndərdik. Hesab edirəm ki, biz düzgün hərəkət etmişik”, - Əliyev AzTV dövlət tekekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, həmçinin Azərbaycan 3 təşkilata yardım ayırıb.
Əliyev əlavə edib ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar vəziyyət nəzarət altındadır. **
Ə.Məmmədov