Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Almaniyadan çarter reysi ilə 188 Azərbaycan vətəndaşı təxliyə edilib. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Mayın 19-da AZAL tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib. Həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, 20 mindən çox Azərbaycan vətəndaşı xaricdən təxliyə edilib. “Ən çox təxliyə edilmiş vətəndaşlarımız Rusiyadan gəlib. Bu günə qədər Rusiyadan 6500 Azərbaycan vətəndaşı gəlib və bu proses mütəşəkkil qaydada davam etdirilir”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə