“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) koronavirus pandemiyası səbəbindən Azərbaycanda qalan 43 nəfərin Qazaxıstana qayıtmasını təmin edib.
“Koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb. Sərnişinlər ASCO-nun “Professor Gül” gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib”, - deyə məlumatda bildirilir.
Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib.*
N.Abbasova