ABŞ Azərbaycana koronavirusla mübarizə üçün təxminən $3,6 milyon məbləğində əlavə yardım ayıracaq. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
“Bu məbləğdən $3 milyon tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, epidemik nəzarətin intensivləşdirilməsi və texniki mütəxəssislərə dəstək üçün ayrılacaq. Qalan $565 min isə ölkədə aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
2020-ci ilin aprel ayında ABŞ COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana $1,7 milyon ayırmışdı.
Son 20 ildə ABŞ Azərbaycana $890 milyon, o cümlədən səhiyyə sahəsinə $41 milyon texniki yardım ayırıb.*
A.Əzizov