Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Bu gün Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib.
“1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245,609 min test aparılıb.*
B.Rüstəmbəyov