Rusiya prezidenti Vladimir Putin ölkə qurumlarına sanitar-epidemioloji normalara riayət olunmaqla Rusiya və Azərbaycan vətəndaşlarının ümumi sərhədi keçməsinin təşkili üçün Azərbaycanın hökumət orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını tapşırıb. Bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirilir.
Putin Dağıstan rəhbərliyi ilə görüşün yekunları üzrə müvafiq tapşırıq verib.
DİN, FTX, XİN və “Rospotrebnadzor”a Rusiya və Azərbaycan vətəndaşlarının dövlət sərhədini keçməsini və öz ölkələrinə qayıtmasını təşkil etmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını təmin etmək tapşırılıb.
Tapşırıq mayın 31-dək yerinə yetirilməli və koronavirusun yayılması ilə əlaqədar Rusiya Federasiyası ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə tədbirlərə riayət olunmalıdır.*