2020-ci ilin yanvar-aprel aylarında 13,4 milyard m3 qaz hasil edilib ki, bu da 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15% çoxdur. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15%, yəni 1,8 milyard m3 artımla 13,4 milyard m3 qaz hasil edilib. Qaz hasilatının 4,6 milyard m3 -i AÇG-dən, 6,4 milyard m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 milyard m3 qaz hasil olunub”, - deyə məlumatda bildirilir.
Bu dövrdə xaricə qaz satışı 4,6 milyard m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6% çox, yəni 3,5 milyard m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 milyard m3 olub.
TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 milyard m3 qaz nəql olunub. İstismara veriləndən (30 iyun 2018-ci il) mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 milyard m3 qaz nəql edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 35 milyard 591,4 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova