31 dekabr 2019-cu il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivləri 9,34 milyard manat təşkil edir. Bu barədə bankın ötən il üçün auditi aparılmış hesabatında deyilir.
2018-ci ilin sonuna ABB-nin BMHS üzrə aktivləri 8,27 milyard manat təşkil edib. Beləliklə, bank 2019-cu ildə aktivlərini 12,9% artırıb.
Ötən il ABB-nin kredit portfeli 29,4% - 2 milyard 165,804 milyon manatadək artıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 7 milyard 658,017 milyon manata (artım 15,5%) bərabərdir.
Bu dövrdə ABB-dəki depozitlərin həcmi 5 milyard 606,673 milyon manat (artım 28,5%) təşkil edib.
31 dekabr 2019-cu il tarixinə ABB-nin kapitalı 1 milyard 683,728 min manat (artım 2,5%) təşkil edib. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manata (dəyişməyib) bərabərdir.
ABB 2019-cu ili BMHS üzrə 256,953 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2018-ci ilin göstəricisindən 27,8% azdır.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,29% pay dövlətə məxsusdur.*
Ə.Məmmədov