Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində məktəb binasının tikintisinə 7 milyon manatdan çox vəsait yönədəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Minera» MMC ilə 7 milyon 236,19 min manat dəyərində müqavilə bağlanıb.
Məktəb binası 1,2 min şagird üçün nəzərdə tutulub.*
X.Nəsirzadə