Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan əmindir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə sülh, rifah və sabitliyə töhfələr verməyə davam edəcək.
Ərdoğan Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Azərbaycan prezidentinin saytında verilən məlumata görə, Ərdoğan Əliyevə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıb.*
B.Rüstəmbəyov