Çex Respublikasının prezidenti Miloş Zeman prezident İlham Əliyevi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək”, - deyə təbrikdə bildirilir.
Zeman Əliyevə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıb.*
B.Rüstəmbəyov