2020-ci ilin birinci rübündə Azərbaycanda əhalinin sayı ilin əvvəli ilə müqayisədə 12,848 min nəfər və ya 0,1% artaraq 2020-ci il aprelin 1-nə 10 mln. 79,956 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1 min kişiyə orta hesabla 1,004 min qadın düşür.
Cari ilin 3 ayı ərzində ölkə üzrə 28,69 min doğulan körpə qeydə alınıb, bu da ötən illə müqayisədə 11,45% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib. Yeni doğulan oğlanlar 52,9% qızlar – 47,1% təşkil edib. Körpələrin 724-ü, 21-i üçəm doğulanlardır.
Bu dövr ərzində 16,008 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,5 (2019-cu ilin 3 ayı ərzində 6,1) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 12,127 min nikah (2019-cu ilin birinci rübü ilə müqayisədə azalma 8,1%) və 3,823 min boşanma halı (azalma 3,8%) qeydə alınıb.
Cari ilin birinci rübündə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 482 min nəfər gələn və 316 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə