"Azərbaycan Hava Yolları" QSC (AZAL) cümə axşamı Varşavadan 100 Azərbaycan vətəndaşını çarter reysi ilə Bakıya gətirib.
“Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir. Belə ki, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib”, - şirkətdən məlumat verilir.
Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. **
A.Əzizov