2020-ci ilin birinci rübündə Azərbaycana pul köçürmələrinin həcmi $188 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi $215 mlrd. təşkil edib. Beləliklə, 2020-ci ilin birinci rübü ərzində onların həcmi 12,6% azalıb.
Ötən il pul köçürmələrinin həcmi I rübdə $934 mln. təşkil edib və 2018-ci illə müqayisədə 13,5% azalıb. **
A.Əzizov