2020-ci ilin birinci rübündə Azərbaycan 7 milyon 605,2 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $2 milyard 772 milyon 200,6 min (azalma 25%) təşkil edib.
2020-ci ilin yanvar-mart aylarında Azərbaycan 3 milyard 607,2 milyon kubmetr qaz ixrac edib (artım 4%). Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $763 milyon 961,1 min (artım 22,1%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon məbləğində 114 тыс 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.**
N.Abbasova