Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni istirahət parkının salınması üçün layihə sənədlərinin hazırlanmasına dair podratçı seçimi üzrə tender elan edib.
Podratçının vəzifələrinə Bakının Yasamal rayonunun Moskva prospekti75 və 75А ünvanında (Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxasında) 4 hektar ərazidə yeni istirahət parkının salınması üçün layihə-smeta sənədlərinin hazırlanması daxildir.
Tenderdə iştirak haqqı 100 manatdır.
Tender təklifləri 9 iyul, saat 18:00-a qədər qəbul olunur. Tenderin nəticəsi iyulun 10-da, saat 11:00-da açıqlanacaq.
Telefon: (+99412) 496-52-05. Əlaqələndirici şəxs: Əhməd Məmmədovdur. **
X.Nəsirzadə