Bu günədək Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxub. Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
“İndiyədək 681 tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxma hallarının 18%-ni təşkil edir. Onlar həkimlər və orta tibb işçiləridir”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Sədrin sözlərinə görə, 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir.
“İndiyə qədər 4 tibb işçisi vəfat edib”, - deyə R.Bayramlı əlavə edib.*
A.Əzizov