Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"Bu gün Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər isə vəfat edib. 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb", - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib.
“1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - deyə sədr əlavə edib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259,155 min test aparılıb.*
B.Rüstəmbəyov