Mingəçevirdə avtomobil 10-u uşaq olmaqla, 13 nəfəri vurub. Bu barədə TƏBİB məlumat verir.
“Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb. Həmçinin, qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, onların vəziyyəti ağır kimi qiymətləndirilir. Xəsarət alan daha iki uşağın isə vəziyyəti orta ağırdır”, - məlumatda deyilir.
Yerli KİV-in məlumatına görə, avtomobil idarə etməyi öyrənən xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil yaxınlıqda toplaşan kütləyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır. **
N.Abbasova