Azərbaycanda koronavirus infeksiyasına daha 140 yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdanməlumat verilir.
“Daha 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - məlumatda qeyd olunur.
Hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib (dəyişməyib).
“1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir», - məlumatda bildirilir
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb. **
N.Abbasova