Prezident İlham Əliyev Gürcüstanın prezidenti Salome Zurabişvilini ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
“Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş təbrikdə bildirilir.
Əliyev vurğulayıb ki, Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehribanlıq şəraitində yaşamış iki xalqın iradəsinə əsaslanır.
Prezident İ.Əliyev S.Zurabişviliyə və Gürcüstan xalqına müvəffəqiyyətlər və rifah diləyib.*
Ə.Məmmədov