2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 203,9 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 911,4 min ton (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 9,7%), tikinti əhəng istehsalı 10,4 min tonadək (azalma 24,6%), süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 13,5 min ton (azalma 69,3%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 5,094 min tonadək (azalma 44,8%), beton konstruksiya istehsalında 13,5 min kubmetrədək (azalma 4,3%), asfalt istehsalında 46,8 min tonadək təşkil edib (azalma41,3%).
Yanvar-aprel aylarında tikinti gipsi istehsalında 2,9 dəfə - 4,7 min tonadək, tikinti kərpici istehsalında 6,8% - 141,2 min kubmetrədək, hazır beton qarışığı istehsalında 9,9% - 461,4 min tonadək artım qeydə alınıb.**
B.Rüstəmbəyov