Ukrayna prezidenti Vladimir Zelenski koronavirusla mübarizə ilə bağlı göstərdiyi humanitar yardıma görə azərbaycanlı həmkarı İlham Əliyevə minnətdarlığını bildirib.
“Mayın 27-də Zelenski Əliyevə telefonla zəng edib. Ukrayna prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Azərbaycan prezidenti bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib”, - Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.
Dövlət başçıları postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Zelenski Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib. **
B.Rüstəmbəyov