Cari il mart ayının ortalarından Rusiyadan quru sərhədi ilə 7,5 mindən çox Azərbaycan vətəndaşı vətənə qayıdıb. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Mart ayının ortalarından 7,5 mindən çox Azərbaycan vətəndaşı vətənə dönə bilib. Vladimir Putin və İlham Əliyevin telefon danışığından sonra isə qısa müddət ərzində 400 nəfərdən çox vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə vətənə qayıdıb. Dünən 175 vətəndaşımız təxliyə olunub”, - səfir Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş onlayn mətbuat konfransında qeyd edib.
Həmçinin, diplomat qeyd edib ki, Rusiyada minlərlə Azərbaycan vətəndaşı quru sərhədi vasitəsi ilə vətənə qayıtmağı gözləyir. “Həmin insanların tezliklə evlərinə dönmələri üçün əlimizdən gələni edirik. Karantin, həmçinin tibbi problemlər var. Bununla əlaqədar bu cür mürəkkəb vəziyyətdə dəstək göstərən Dağıstan Respublikasının rəhbərliyinə təşəkkürümü bildirirəm”, - Bülbüloğlu bildirib. **
X.Nəsirzadə