Azərbaycanda daha 191 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda,125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahdan bildirilir.
Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954-cü və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib.
«1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - Qərargahdan bildirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284,669 min test aparılıb. **
X.Nəsirzadə