Müvəqqəti yerləşmə məntəqəsində Vətənə qayıtmağı gözləyən 10 nəfərdən çox Azərbaycan vətəndaşı Dağıstan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
"11 nəfər diaqnostika və müalicənin seçilməsi üçün Dərbənd şəhər xəstəxanasına aparılıb. Yeni koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə düşərgədə olan insanlar Dərbənd şəhər və rayon xəstəxanalarının həkimləri tərəfindən testdən keçirilib", - deyə qeyd olunur.
Həkimlər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdirildiyi məntəqəyə və Məhərrəmkənd və Dərbənd rayonları ilə sərhəddəki düşərgəyə baş çəkiblər. "600-dən çox Azərbaycan vətəndaşından və müvəqqəti yerləşmə məntəqəsində çalışan Rusiya FHN-in bütün əməkdaşlarından nümunələrin götürülməsi planlaşdırılır", - deyə mətbuat xidmətindən bildiriblər.
Qurumun məlumatına görə, məhz bu qədər Azərbaycan vətəndaşı Dağıstandan Vətənə qayıtmağı gözləyir.*