Azərbaycan hökuməti ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddətinin iyunun 15-dək uzadılmasına dair qərar qəbul edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məqsəd yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasıdır.
Məlumata görə, yalnız yük daşımaları və çarter reyslərinin həyata keçirilməsinə icazə veriləcək.
Qeyd edək ki, mart ayının ortalarından Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa məhdudiyyət tətbiq olunub.*
X.Nəsirzadə