Naftalan kurortu turistlər arasında istirahət üçün populyar olan MDB kurortlarının reytinqinə daxil olub. Bu barədə “TurStat” portalının məlumatında deyilir.
“Naftalan kurortu MDB ölkələrinin sağlamlıq və müalicəvi istirahət üçün nəzərdə tutulmuş sanatoriyalarının ilk üçlüyündə yer alıb”, - deyə məlumatda bildirilir.
Birinci yeri Belarusda Naroç gölü kurort ərazisi, ikinci yeri isə Qazaxıstanda Burabaya kurortu tutub.
4-cü və 5-ci yerləri Ermənistanda Cermuk kurortu və Qırğızıstanda İssık-Kul gölü bölüşür.
Reytinq MDB kurortlarının populyarlığının təhlili nəticələrinə əsasən tərtib edilib.
MDB ölkələrinin kurortlarında yaşama, qidalanma və müalicə bir gündə orta hesabla təxminən 3 min rubla başa gəlir.*
X.Nəsirzadə