Dağıstanın sərhədyanı zonasında 700-dən artıq Azərbaycan vətəndaşı vətənə qayıtmaq üçün sərhədi keçməyi gözləyir. Bu barədə Dağıstan hökuməinin mətbuat xidməti məlumat verir.
Hökumətin rəsmi saytının məlumatına əsasən, Azərbaycanın fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin rəhbərliyi ilə nümayəndə heyətinin Dağıstan Respublikası hökumətinin sədr müavini Ramazan Cəfərovun rəhbərlik etfiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
“Tərəflər Rusiya-Azərbaycan sərhədi vasitəsilə növbəti dəhlizin təşkili məsələsinin həlli üçün Məhərrəmkənd və Dərbənd rayonlarının sərhədində Azərbaycan vətəndaşlarınəın müvəqqəti saxlanma məntəqəsi olan çadır şəhərciyinə gəliblər. Sərhədyanı zonada 700-dən artıq Azərbaycan vətəndaşı var, onlardan 210 nəfər Rusiya FHN-nin çadır şəhərciyində, 300-ə yaxın vətəndaş Dərbənd və Dərbəmd rayonu ərazisində mehmanxana, sanatoriya, istirahət evlərində yerləşdirilib, 200-ə yaxın şəxs Kullar kəndində rayondakı anqardadır”, - məlumatda qeyd olunur.
19 və 26 may tarixlərində Azərbaycana müvafiq olaraq 120 və 131 nəfər qayıdıb.
“Görüş iştirakçıları evlərinə qayıdacaq Azərbaycan vətəndaşlarının sayının artırılmasının zəruriliyi barədə ölkələrinin rəhbərlərinə məruzə etməyin vacib olduğuna dair rəyə gəliblər. Hətta sərhədi ilk növbədə keçməyi labüd olan həmyerlilərlə iş məqsədilə Azərbaycan rəsmilərinin DR-da olmalarının məqsədəuyğunluğu barədə məlumat vermək qərarı qəbul edilib. Uşaqlı qadınlar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər bu kateqoriyaya aiddir”, - məlumatda vurğulanır. **
X.Nəsirzadə