Qusarda baş vermiş bədbəxt hadisə nəticəsində bir uşaq dünyasını dəyişib. Bu barədə yerli mətbuatı məlumat verir.
Məlumata əsasən, Qusar rayonunun Cibir kəndində fərdi evin hasarı aşıb. Nəticədə, yaxınlıqda oynayan 3 uşaq dağıntılar altında qalıb.
“Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Arif Sultanov aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər”, - KİV qeyd edir. **
X.Nəsirzadə