Milli Məclis bazar günü keçirilən plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" sazişi ratifikasiya edib.
Saziş Azərbaycan və Türkiyə vətəndaşları üçün viza tələbinin 30 gündən 90 günə qaldırılmasını nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Bundan başqa, Azərbaycan parlamenti Türkiyə ilə imzalanmış “Hərbi-maliyyə əməkdaşlığı haqqında” sazişi təsdiq edib.
Xəbər verildiyi kimi, fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasın yekunları üzrə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 14 sənəd imzalanıb. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i imzalayıblar.**
Ə.Məmmədov