Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında” saziş ratifikasiya edilib.
Bundan başqa, parlament “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 19 may 2008-ci il tarixli sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol"u ratifikasiya edib.
Sənədlər 2020-ci il martın 11-də Bakıda yüksək səviyyədə aparılmış danışıqların yekunları üzrə imzalanıb.*
Ə.Məmmədov