2019-cu ildə "Azərkosmos" ASC-nin xalis mənfəəti 2018-ci ildə 6 milyon 462,299 min manat məbləğində xalis zərərə qarşı 3 milyon 618,087 min manat təşkil edib.
Bütövlükdə, “Azərkosmos” fəaliyyətə başladığı dövrdən etibarən ilk dəfə maliyyə ilini xalis mənfəətlə başa vurub.
Cəmiyyətin 2019-cu il üçün maliyyə hesabatına əsasən, “Azərkosmos”un əməliyyat zərəri 2 milyon 746,739 min manat (azalma 2,76 dəfə) təşkil edib.
Ötən il cəmiyyətin satışlardan gəliri 51 milyon 993,93 min manat (artım 41,2%), satışların maya dəyəri 37 milyon 954,117 min manat (artım 7,1%) təşkil edib, EBITDA marjası 64%-dən 73%-dək artıb. 2019-cu ildə “Azərkosmos” lizinq əməliyyatlarından 12,24 milyon manat (artım 2,6 dəfə) gəlir əldə edib.
1 yanvar 2020-ci il tarixinə “Azərkosmos”un aktivləri 628 milyon 589,254 min manata (2019-cu ildə azalma 3,8%), uzunmüddətli aktivləri 569 milyon 862,639 min manata (azalma 8%), o cümlədən tikili və avadanlıqların dəyəri 355 milyon 376,498 min manata (azalma 32,2%), cari aktivlər 34 milyon 384,436 min manata (artım 70,8%) bərabərdir.
Cari ilin əvvəlinə cəmiyyətin öhdəlikləri 663 milyon 773,325 min manat (azalma 10,4%) təşkil edir.
2020-ci ilin əvvəlinə “Azərkosmos”un mənfi kapitalı 35 milyon 184,071 min manata bərabərdir. Ötən ilin sonuna yığılmış zərər 307 milyon 160,169 min manat (azalma 1,9%), nizamnamə kapitalı 63 milyon 610,6 min manat (dəyişməyib) təşkil edir.*
N.Abbasova