Dağıstanın sərhəd zonasında yaradılmış düşərgədə vətənə getməyi gözləyən daha 150 Azərbaycan vətəndaşı yerləşdiriləcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Dağıstanın Məhərrəmkənd rayonundakı düşərgədə Azərbaycan vətəndaşlarının yerləşdirilməsi üçün əlavə 150 yer yaradılıb", - deyə məlumatda qeyd olunur.
İyun ayında insanların çadırlarda yerləşdirilməsinə başlanılacaq.
Daha əvvəl verilən məlumata görə, 700-dən çox Azərbaycan vətəndaşı sərhədin açılmasını gözləyir.
Bundan başqa, Dərbənd ərazisindəki mehmanxana, sanatoriya və istirahət evlərində 300-ə yaxın şəxs, daha 200-ə yaxın insan isə Kullar kəndində anqarda yerləşdirilib.*
X.Nəsirzadə