1 may 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,636 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayın 1-nə Bakıda 1,406 min ədəd (hesabat dövründə azalma 1,1%), bölgələrdə 1,23 min ədəd (artım 0,3%) bankomat quraşdırılıb.
2020-ci il mayın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 56,668 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 16% azdır.
Bununla yanaşı, Bakıda 36,311 min ədəd (azalma 11,2%), regionlarda 20,357 min ədəd (azalma 23,4%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 55,254 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,5%-i quraşdırılıb.*
X.Nəsirzadə