2020-ci ilin birinci rübündə Azərbaycan $14 milyon 135,93 min məbləğində təzə xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2019-cu ilin birinci rübündə Azərbaycan xurma ixrac etməyib.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb: 2020-ci ilin yanvar-mart aylarında Rusiyaya $13 milyon 530,64 min məbləğində 16,425 min ton təzə xurma ixrac olunub. Ümumilikdə, bu dövr ərzində Azərbaycandan təzə xurma ixracının 91,5%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $104 milyon 659,84 min məbləğində 146,075 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $95 milyon 277,23 min məbləğində 118,076 min ton xurma ixrac edilib.**
B.Rüstəmbəyov