Azərbaycan 2020-ci ilin yanvar-aprel aylarında $549 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($73,3 milyon – artım 47,8%),çiyidli pambıq ($44,3 milyon – azalma 23,5%), qızıl ($43,7 milyon – artım 1,4%), təmizlənmiş fındıq ($42,5 milyon – azalma 20,9%), polipropilen ($26,5 milyon – azalma 7,34%), elektrik enerjisi ($34,3 milyon – azalma 23,9%), xurma ($14,1 milyon - аzаlma 22%), polietilenin ($16,3 milyon – azalma 43,6%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($186,9 milyon – artım 12,9%), Türkiyə ($122,2 milyon - azalma 17,3%), Gürcüstan ($58,8 milyon – azalma 5,6%), İsveçrə ($48,5 milyon – artım 8,5%) və Çin ($18,1 milyon – artım 44,8%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyardı ötəcək.**
B.Rüstəmbəyov