2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 231,7 milyon manatlıq ($136,3 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə əməliyyatların həcmi 38,1% azalıb.
Cari ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 19,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 80,9% azdır.
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana 539 min turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 36,5% azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov