2020-ci il mayın 21-nə olan vəziyyətə görə, Azərbaycanda 1,4 milyard manat ümumi məbləğdə 57 min kreditin restrukturizasiyası üçün banklara müraciət olunub. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Həmin müraciətlərin (məbləğ üzrə - İF) 94%-ni biznes kreditlər, 3%-ni – istehlak kreditləri, 3%-ni – ipoteka kreditləri təşkil edir”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, 301 milyon manat məbləğində kreditlər artıq restrukturizasiya olunub.
Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədilə 30 sentyabr 2020-ci ilə qədər kreditlərin restrukturizasiyası nəzərdə tutulub. **
Ə.Məmmədov