Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu ildə valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $163,9 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri $115,4 milyon təşkil edib. Beləliklə, AMB 2019-cu ildə ehtiyatların idarə olunmasından gəlirlərini 42% artırıb.
"2019-cu il ərzində AMB-nin valyuta ehtiyatları $629 milyon - $6,3 milyarda qədər artıb. Bununla yanaşı, ötən il valyuta ehtiyatlarının idarə edilməsindən gəlirlər $163,9 milyon təşkil edib", - deyə məlumatda qeyd olunur.
Bankın məlumatına görə, hesabat ilinin sonuna AMB-nin valyuta ehtiyatlarının 91%-i ABŞ dollarında (2018-ci ilin yekunları üzrə 89%), 4%-i avroda, 2%-i funt-sterlinqdə, 3%-i xüsusi borcalmahüquqlarında(SpecialDrawing Rights - SDR, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən buraxılan və xüsusi hesablarda qeydlər aparmaqla nağdsız beynəlxalq hesablaşmalarda və BVF-in hesab vahidi qismində istifadə edilən beynəlxalq ödəmə və ehtiyat vasitəsi) yerləşdirilib.*
A.Əzizov