Azərbaycan 2020-ci ilin birinci rübündə İtaliyaya 3 mln. 867 min 832,1 ton neft ixrac edib, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 31,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İtaliyaya ixrac edilmiş neftin dəyəri $1 mlrd. 816 mln. 818,18 min təşkil edib (artım 32,2%).
Birinci rübdə ixracın ümumi həcmində 50,1% İtaliyaya tədarükün payına düşüb.
Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına İsrail ($253 mln. 61,78 min dəyərində 529 min 934,04 ton), Hindistan ($168 mln. 233,41 min dəyərində 370 min 563,59 ton), Yunanıstan ($184 mln. 133,08 min dəyərində 388 min 287,68 ton), Çexiya ($140 mln. 539,99 min dəyərində 300 min 997,99 ton), Portuqaliya ($118 mln. 723,93 min dəyərində 262 min 585,82 ton) daxil olub.
Bundan başqa, 2020-ci ilin birinci rübündə Tunisə $119 mln. 5,17 min dəyərində 246 min 81,34 ton həcmdə neft ixrac olunub.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunmuş $3 mlrd. 522 mln. 698,22 min dəyərində neftin bəyan edilmiş həcmi 7 mln. 576 min 415,44 ton təşkil edib. ** N.Abbasova