Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda "Ünvanlı dövlət sosial yardımı haqqında" qanununda dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Dəyişikliklər ünvanlı dövlət sosial yardımı müddətinin 2 ildən 1 ilədək azalmasını nəzərdə tutur.
Öncə ünvanlı dövlət sosial yardımı 2 il müddətinə ayrılıb.
Bundan başqa, birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən vətəndaşlar da ünvanlı dövlət sosial yardımı alacaqlar. **
Ə.Məmmədov