2019-cu ilin yekunları üzrə Bakı Fond Birjasının (BFB) xalis mənfəəti 3 mln. 23,336 min manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 20,1% azdır.
Birjanın illik maliyyə hesabatına əsasən, 2019-cu ildə BFB-nin əməliyyat gəlirləri 4 mln. 651,787 min manat (azalma 18,3%), o cümlədən əqdlər üzrə tarif gəlirləri 4 mln. 489,89 min manat (azalma 18%) təşkil edib.
2019-cu ildə birjanın əməliyyat xərcləri 1 mln. 267,07 min manat (azalma 2,5%), əməliyyat gəlirləri 3 mln. 384,717 min manat (artım 22,9%) təşkil edib.
2019-ui ilin yekunları üzrə BFB-nin vergi ödənilənədək mənfəəti 3 mln. 787,927 min manat, mənfəət vergisi üzrə ödənişləri 764,591 min manat təşkil edib.
1 yanvar 2020-ci il tarixinə birjanın aktivləri 11 mln. 839,703 min manat (artım 41,6%), öhdəlikləri 1 milyon 879 min manat (artım 82,6%), kapitalı 10 mln. 838,824 min manat (artım 38,7%) təşkil edir.
BFB-nin səhmdarları 20 təşkilatdır və nizamnamə kapitalı 1,26 mln. manat təşkil edir.** Ə.Məmmədov