“LUKOYL-Azərbaycan” şirkəti ölkə ərazisində yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirib.
“Yevlax rayonu, Aşağı Bucaq kəndi ərazisində yeni “LUKOYL” yanacaqdoldurma məntəqəsi istismara verilib”, - deyə şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Yanacaqdoldurma məntəqəsində quraşdırılmış texnoloji avadanlıqlar Azərbaycanda qüvvədə olan texniki tələblərə cavab verir.
“LUKOYL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 70-ə yaxın YDM ilə təmsil olunur.*
A.Əzizov