Azərbaycan prezidenti İlham Əliyev “Sosial sığorta haqqında” qanuna COVİD-10 koronavirus pandemiyası şəraitində fərdi sahibkarlıqla məşğul olan biznes subyektləri üçün güzəştlərin tətbiqini nəzərədə tutan təklif edilən dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əssaən, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25%-i, digər sahələrdə 15%-i miqdarında olmaqla hesablanacaq. Həmçinin, regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək.
Hazırda sosial sığorta ayırmaları üzrə dərəcələr müvafiq olaraq 50% və 25% təşkil edir.
Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişikliklər qüvvəyə minəndən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək, bu da 50% azdır.
Həmçinin, Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Yeni şərtlərə əsasən, onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcəklər və ya 40% azalma deməkdir.
Məcburi dövlət sosial sığorta haqqı 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50%-i, digər sahələrdə 25%-i miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək.
1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunur: toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5%-i miqdarında; fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5%-i miqdarında; çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3%-i miqdarında; saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3%-i miqdarında; fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3%-i miqdarında.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: 5 hektaradək olduqda – 2% miqdarında (5 manat); 5 hektardan 10 hektaradək – 6% miqdarında (bir nəfərə 15 manat); 10 hektardan yuxarı – 10% miqdarında (bir nəfərə 25 manat).
Həmçinin, vəkillər kollegiyasının üzvləri, auditorlar və mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı minimum əməhaqqının 20%-dən 10%-dən azaldılıb. **
A.Əzizov