Aqrar Kredit və İnkişaf Agentliyi 2020-ci il iyunun 1-nə olan vəziyyətə görə 512 fermerə 5,2 milyon manat ümumi məbləğdə güzəştli mikrokreditlər verib. Bu barədə Agentlikdən məlumat verilir.
“Mayın 23-fə fermerlərə mikrokreditlərin verilməsinə başlanılıb. Bütövlükdə, mirokreditlərin ümumi məbləğindən 4,5 milyon manat heyvandarlıq, 335 min manat - əkinçilik, 208 min manat – bağçılıq, 102 min manat – arıçılıq və ailə fermer təsərrüfatlarının yaradılması üçün verilib”, - məlumatda qeyd olunur.
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin aprel ayında koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat (cari məzənnə ilə $17,6 milyon) ayırmağı tapşırıb.
Mikrokreditlərin maksimum məbləği – 15 min manat, müddəti – 3 ilədək, dərəcəsi – illik 12%-dir. ** B.Rüstəmbəyov