“Bank Respublika” ASC-nin əsas səhmdarı olan sahibkar Natiq Quliyev 2019-cu ildə banlın kapitalında payını 51,15%-dək artırıb.
Bankın illik hesabatına əsasən, 2018-ci ilin yekunları üzrə bankın kapitalında N.Quliyevin payı 43,96% təşkil edib.
Bütövlükdə, 2019-cu ildə bankın səhmdarlarının strukturunda dəyişikliklər baş verib.
Xüsusilə, 2020-ci ilin əvvəlində bankın kapitalında DEG İnvestisiya Korporasiyasının (Almaniya) payı 16,6% səviyyəsində qalıb. Bundan başqa, Şakir Rəhimov (5,45%) və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) kapitalda paylarını saxlayıblar.
2019-cu ildə Elçin Quliyev bankın kapitalında payını 7,74%-dən 15,06%-dək artırıb.
2019-cu ildə Namiq Quliyev 7,41% pay ilə bankın səhmdarları sırasına daxil olub.
Qalan səhmdarların payı 0,1%-dən 0,08%-dək azalıb.
2019-cu ildə 3 fiziki şəxs bankın səhmdarları sırasından çıxıb: Sevda Quliyeva (7,41% paya malik idi), Saday Quliyav (7,32%) və Mariya Quliyeva (7,17%).
2019-cu ilin yekunları üzrə bankın səhmdar kapitalı dəyişməyib – 73,461 milyon manat.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.**
Ə.Məmmədov